• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə millisi Belçikaya uduzdu

İDMAN

12 Noyabr 2026 | 23:05 | Müəllif: Subhan Mahmudov

Türkiyə millisi Belçikaya uduzdu

UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları çərçivəsində Türkiyə millisi baş məşqçi Sergen Yalçının rəhbərliyi altında ilk matçında Belçika yığması ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, İzmir şəhərində keçirilən A Liqasının I qrupunun matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 1:2.

Matçın 20-ci dəqiqəsində meydan sahiblərinin vingeri Arda Güler hesabı açıb. 27-ci dəqiqədə yarımmüdafiəçi Kevin De Bruyne bərabərliyi təmin edib. 30-cu dəqiqədə isə hücumçu Şarl De Ketelare Belçika yığmasını hesabda önə çıxarıb.

Bu nəticədən sonra Belçika Millətlər Liqasında xallarının sayını doqquza çatdıraraq qrupda ikinci pilləyə yüksəlib. Türkiyə millisi isə 0 xalla sonuncu yerdə qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026