• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədəki helikopter qəzasında şəhid olanların ADLARI

DÜNYA

13 Noyabr 2026 | 09:54 | Müəllif: Əli Hüseynov

Türkiyədəki helikopter qəzasında şəhid olanların ADLARI

Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 4 hərbçinin kimliyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində şəhid olan hərbçilər aşağıdakılardır:

Pilot mayor Erdem Çimen;

Pilot mayor Orhun Pınar;

Təyyarə və helikopter texniki, baş gizir Hüseyin Zehir;

Təyyarə və helikopter texniki, gizir Serkan Önder.

Türkiyənin müdafiə naziri Yaşar Gülər də şəhid hərbçilərlə bağlı başsağlığı mesajı yayıb.

Qeyd edək ki, hadisə Malatyanın Yeşilyurt rayonunun Samanköy ərazisində baş verib. Helikopterin qəzaya uğramasının səbəbi hələlik məlum deyil. Faktla bağlı Malatya Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb.

Mahir AXUND


Türkiyədəki helikopter qəzasında şəhid olanların ADLARI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026