• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Prezident Dublində daha bir görüş keçirdi - FOTOLAR

SİYASƏT

12 Noyabr 2026 | 22:22 | Müəllif: Subhan Mahmudov

Prezident Dublində daha bir görüş keçirdi - FOTOLAR

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Görüşdə iqtisadi-ticari əlaqələrimizin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olundu.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edildi.


Prezident Dublində daha bir görüş keçirdi - FOTOLARPrezident Dublində daha bir görüş keçirdi - FOTOLARPrezident Dublində daha bir görüş keçirdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR