• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Volqoqrada kütləvi dron hücumu olub

DÜNYA

13 Noyabr 2026 | 09:27 | Müəllif: Əli Hüseynov

Volqoqrada kütləvi dron hücumu olub

Rusiyanın Volqoqrad şəhəri və vilayəti noyabrın 13-nə keçən gecə kütləvi dron hücumuna məruz qalıb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində Volqoqrad neft emalı zavodunun ərazisində güclü yanğın baş verib.

    Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov dron hücumunu təsdiqləyib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının Volqoqradın cənubundakı sənaye müəssisəsinin ərazisinə düşməsi nəticəsində lokal yanğınlar baş verib.

    Zavodun yerləşdiyi ərazidə daha sonra yeni partlayış səsləri eşidilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026