• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yığmamız bu gün Lixtenşteynlə üz-üzə gələcək

İDMAN

13 Noyabr 2026 | 09:03 | Müəllif: Əli Hüseynov

Yığmamız bu gün Lixtenşteynlə üz-üzə gələcək

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.

D Liqasının 2-ci qrupunun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.

Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026