• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Bitcoin" yenidən ucuzlaşdı

İQTİSADİYYAT

13 Noyabr 2026 | 08:41 | Müəllif: Günəş Mərd

"Bitcoin" yenidən ucuzlaşdı

Bitcoinin qiyməti hərraclar zamanı 2026-cı il avqustun 20-dən bəri ilk dəfə 70 min dollardan aşağı enib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatlarında bildirilib.

Bakı vaxtı ilə saat 06:52-də Bitcoin 2,18% ucuzlaşaraq 69,9 min dollar səviyyəsində qərarlaşıb.

Saat 06:57-də isə kriptovalyutanın ucuzlaşması səngiyib və qiyməti 70 271 dollara yüksəlib. Bu, əvvəlki göstəricidən 1,66% aşağıdır.

Həmin vaxt "Ethereum"un qiyməti də 1,41% azalaraq 1 991,23 dollar təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026