• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Nvidia" baş direktor vəzifəsinə namizədlər axtarır

DÜNYA

12 Noyabr 2026 | 14:22 | Müəllif: Gülşən Şərif

"Nvidia" baş direktor vəzifəsinə namizədlər axtarır

Amerikanın texnologiya nəhəngi "Nvidia"nın rəhbərliyi ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət hazırkı baş direktor Censen Huanq üçün potensial varisləri qiymətləndirmək məqsədilə kənar konsaltinq şirkəti ilə əməkdaşlığa başlayıb.

İddiaya görə, direktorlar şurası noyabrın 11-də məsələ ilə bağlı iclas keçirib və daimi baş direktor seçilənə qədər müvəqqəti rəhbər təyinatı variantını da nəzərdən keçirir.

"Nvidia" və Censen Huanq tərəfindən bu iddia ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026