• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Arda Güler "Real Madrid"in təklifini rədd etdi

İDMAN

12 Noyabr 2026 | 10:00 | Müəllif: Əli Hüseynov

Arda Güler "Real Madrid"in təklifini rədd etdi

Türkiyə millisinin ulduz futbolçusu Arda Güler şərəfini qoruduğu "Real Madrid"lə müqaviləni yeniləmək barədə razılığa gəlməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

İddia olunur ki, gənc futbolçu "Kral klubu"nun illik 8 milyon avroluq maaş təklifindən imtina edib.

Məlumata görə, 21 yaşlı oyunçu ilə PSJ yaxından maraqlanır. Paris klubunun Ardanın keçidinə 200 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Fransa nəhənginin gənc ulduza illik təqribən 22 milyon avro məvacib təklif etdiyi bildirilir.

PSJ-nin fantastik təklifi ilə əlaqədar "Real"ın Gülerə yeni müqavilə və daha yüksək maaş təklif edəcəyi gözlənilir. Qeyd edək ki, futbolçunun sabiq klubu "Fənərbağça"nın 20 faizlik pay hüququ var. Futbolçu 200 milyon avro qarşılığında Fransa klubuna transfer olunarsa, İstanbul təmsilçisi bu keçiddən 40 milyon avro qazanacaq.

Qeyd edək ki, daha əvvəl "Real"ın Arda Gülerlə müqavilənin müddətini 5 il uzadacağı barədə məlumatlar yayılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026