• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vens İran kəşfiyyat rəsmisi ilə danışıqlar aparmaq istəyir - KİV

DÜNYA

12 Noyabr 2026 | 09:11 | Müəllif: Əli Hüseynov

Vens İran kəşfiyyat rəsmisi ilə danışıqlar aparmaq istəyir - KİV

ABŞ-nin vitse-prezidenti C.D.Vens İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə üzbəüz danışıqlar aparmağı düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. 

"Vens Respublikaçılar Partiyasının məsuliyyəti hesab etdiyi müharibəyə son qoymaq məqsədilə İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə şəxsi danışıqlar aparmağı düşünür", - nəşr mənbələrə istinadən qeyd edib. 

Qəzetin mənbələrinə görə, son günlərdə ABŞ prezidenti Donald Tramp ən yüksək vəzifəli köməkçilərinə və həmkarlarına Vensin İranla danışıqları bərpa etməsinə açıq olduğunu bildirib və ona danışıqlara rəhbərlik etmək səlahiyyəti verib.

Nəşrin mənbələri qeyd edib ki, Vens və İran rəsmiləri görüşməyə razı olarsa, Qətərin paytaxtı Doha danışıqların növbəti mərhələsi üçün mümkün məkan kimi nəzərdən keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR