• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Avtoyumada yük maşını YANDI - VİDEO

HADİSƏ

11 Noyabr 2026 | 20:24 | Müəllif: Subhan Mahmudov

Avtoyumada yük maşını YANDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux şəhəri ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

Xəsarət alan olmayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR