• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Baxçalıdan "Sözcü TV" ilə bağlı AÇIQLAMA

DÜNYA

17 Noyabr 2026 | 14:05 | Müəllif: Günəş Mərd

Baxçalıdan "Sözcü TV" ilə bağlı AÇIQLAMA

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Bakıvaxtı.az "Haber Global"a istiandən xəbər verir ki, "Sözcü TV"yə qəyyum təyin edilməsi ilə bağlı suala cavab verən Baxçalı bildirib ki, məsələnin səbəbləri və nəticələri telekanalın rəhbərliyindən soruşulmalıdır.

“Bu sualın səbəbləri və nəticələri "Sözcü" rəhbərlərindən soruşulmalıdır. Bu, hər axşam sözlərini qulaqardına vurub hər şeydən danışan insanlardan soruşulmalıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyədə “Sözcü TV” telekanalının binasında polis əməliyyatı keçirilib. Səhər saatlarında başladılan əməliyyat zamanı bəzi rəhbər şəxslər saxlanılıb. Bununla yanaşı, kanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin edilib. “NTV”nin məlumatına görə, əməliyyatın keçirilməsinə səbəb media şirkətinin sahibi Burak Akbayın FETÖ terror təşkilatı ilə maliyyə əlaqələrinin olmasına dair şübhələrdir. Saxlanılanlar arasında şirkətin direktorlar şurasının sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktor Asim Akgül də var.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR