ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Lakin bununla belə, Tramp görüşlə bağlı hələ konkret məlumatın olmadığını deyib.
Qeyd edək ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumu keçiriləcək. Tədbir çərçivəsində noyabrın 19-da Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında görüş nəzərdə tutulub.
















