• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Erməni hərbçilər sülhməramlı olacaq?

SİYASƏT

17 Noyabr 2026 | 11:19 | Müəllif: Əli Hüseynov

Erməni hərbçilər sülhməramlı olacaq?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton erməni hərbçilərin alyansın sülhməramlı missiyasında iştirakını müzakirə ediblər.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş noyabrın 16-da Brüsseldə baş tutub.

Tərəflər həmçinin Ermənistan və NATO arasında tərəfdaşlığın inkişafını, o cümlədən mövcud formatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

"Mirzoyan regionlararası qarşılıqlı əlaqə şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən səylər barədə məlumat verib. Regional əməkdaşlığın inkişafı üçün Ermənistan və Azərbaycan arasında sülhün vacibliyi vurğulanıb", - məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026