• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Qara dənizdə qaz daşıyan gəmi batıb

DÜNYA

17 Noyabr 2026 | 14:04 | Müəllif: Əli Hüseynov

Qara dənizdə qaz daşıyan gəmi batıb

Qara dənizdə Bolqarıstanın müstəsna iqtisadi zonasında “GAS HUSKY” adlı qaz daşıyan gəmi batıb, ekipaj üzvlərinin xilas edilməsi istiqamətində əməliyyat davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Maritime.bg” ixtisaslaşmış dənizçilik portalı məlumat yayıb.

    Məlumata görə, gəmi ötən gecə radarlardan itib. Bu gün səhər isə gəmidən siqnalı daxil olub.

    Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi sahildən təxminən 50 dəniz mili məsafədə içərisində insanların olduğu xilasedici sal aşkarlayıb.

    Hadisə rayonuna helikopterlər göndərilib. Ekipaj üzvlərinin xilas edilməsi əməliyyatı davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR