Çin VT-4B əsas döyüş tankının dronlarla mübarizə üçün təkmilləşdirilmiş versiyasını təqdim etməyə hazırlaşır.
Bakıvaxtı.az "South China Morning Post"a istinadən xəbər verir ki, yeni versiya 30 mm-lik məsafədən idarə olunan top və damda quraşdırılmış kompakt radarla təchiz olunub.
Məlumata görə, kompakt radar top üçün hədəf təyinatını verən atəş idarəetmə stansiyası və ya mikrodalğalı emitter ola bilər. Top isə proqramlaşdırıla bilən sursatdan istifadə edir. Quraşdırılan avadanlığın əsas məqsədi PUA-ları aşkarlamaq və məhv etməkdir.
Qeyd olunub ki, müasir döyüşdə tank və dronların birgə istifadəsi zəruri hesab olunur.
Yeni tank yaxın günlərdə Çində keçiriləcək 16-cı Çin aviaşousunda nümayiş etdiriləcək.
Gülşən Şərif
















