• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Kiyevdə körpülərə raket zərbələri endirdi

DÜNYA

17 Noyabr 2026 | 08:28 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya Kiyevdə körpülərə raket zərbələri endirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevdə Şimal və Cənub körpülərinə raket zərbələri endirib.

Bakıvaxtı.az Ukrayna mediasına istinadla xəbər verir ki, hücum zamanı “İsgəndər-M” ballistik və “Sirkon” hipersəs raketlərindən istifadə olunub.

Ukraynanın Çerkassı və Dnepr şəhərlərinə də zərbələr endirildiyi bildirilir.

Zaporojye vilayət administrasiyasının məlumatına görə, hücum nəticəsində bölgədə sənaye infrastrukturu obyekti zərbəyə məruz qalıb.

Pavloqrad və Smela şəhərlərində də partlayış səslərinin eşidildiyi qeyd olunur.

Hücumlar fonunda Kiyevin bəzi rayonlarında elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.

Dağıntıların miqyası və mümkün insan tələfatı barədə hələlik məlumat yoxdur.

Körpülərin vurulması və istifadə edildiyi bildirilən raket növləri barədə məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026