• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hikmət Hacıyev Aİ-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

SİYASƏT

17 Noyabr 2026 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Hikmət Hacıyev Aİ-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.

    O bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə konstruktiv müzakirələr aparılıb.

    Görüşlərdə strateji prioritetlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının praktiki təşəbbüslər və konkret nəticələr əsasında daha da gücləndirilməsi yolları müzakirə edilib.

    Danışıqlarda xüsusilə nəqliyyat və kommunikasiya bağlantıları, eləcə də enerji təhlükəsizliyi məsələlərinə diqqət yetirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026