• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Milli Məclisdə büdcə müzakirələri davam edir

SİYASƏT

17 Noyabr 2026 | 11:00 | Müəllif: Zeynəb Rzayeva

Milli Məclisdə büdcə müzakirələri davam edir

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və əlaqəli maliyyə sənədlərinin müzakirəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin noyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri, həmçinin gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilib.

Bundan başqa, iclasda bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.

Gündəliyə, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələri daxil edilib.

Qeyd edək ki, parlamentin noyabrın 16-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Büdcə müzakirələri noyabrın 18-də də davam edəcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026