• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Qadını öldürəndən sonra intihar edibmiş...

HADİSƏ

17 Noyabr 2026 | 09:30 | Müəllif: Əli Hüseynov

Qadını öldürəndən sonra intihar edibmiş...

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlüRəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, evdə Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

R.Mustafayevin qadının həyatına son qoyandan sonra özünə qəsd etdiyi ehtimal olunur.

Hər iki şəxsin meyiti aidiyyəti üzrə məhkəmə-tibb ekspertizaya təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026