• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Atatürk prospektində baş verən yanğında xəsarət alan olub? - RƏSMİ 

CƏMİYYƏT

16 Noyabr 2026 | 17:07 | Müəllif: Günəş Mərd

Atatürk prospektində baş verən yanğında xəsarət alan olub? - RƏSMİ

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş verən yanğın zamanı xəsarət alan olmayıb. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

"16.11.2026-cı il tarixində saat 15:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən yanğın səbəbilə çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Xəsarət alan qeydə alınmayıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026