• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Monqolustan Prezidenti İSTEFA VERDİ

DÜNYA

17 Noyabr 2026 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Monqolustan Prezidenti İSTEFA VERDİ

Monqolustan prezidenti istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, Monqolustan Prezidenti Uхnaaqiin Xürelsüx noyabrın 17-də vəzifəsindən istefa vermək qərarını rəsmən açıqlayıb.

Parlamentdəki Demokratik Partiya fraksiyası Uхnaaqiin Xürelsüxdən vəzifədən getməyi və yoxlamadan keçməyi tələb edib. Xürelsüx bu tələblə razılaşdığını bildirib:

"Monqolustan Prezidenti xalqın birliyini təmsil edir, Milli Təhlükəsizlik Şurasının rəhbəri və silahlı qüvvələrin komandanı vəzifələrini yerinə yetirir. Prezidentin şərəfinə hücum xalqın şərəfinə hücumdur. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb".

O, bir müddətdir ki, vəziyyəti müşahidə edərək susduğunu deyərək, bu açıqlamanı bu gün vermək qərarına gəldiyini bildirib:

"Hamı qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyasının bir qrupu Monqolustan Prezidentinin istefa verməli və araşdırılmalı olduğu mövqeyini bildirib. Mən bununla razıyam", - Uxnaaqiyn Xurelsux qeyd edib.

Prezident onun nüfuzuna xələl gətirənlərin "məsuliyyət daşıyacağına" və "şərəfinin bərpa olunacağına" əmin olduğunu vurğulayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026