• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bütün var-dövlətim ailəmə məxsusdur - Orxan Gəncəbay

ŞOU

16 Noyabr 2026 | 15:01 | Müəllif: Əli Hüseynov

Bütün var-dövlətim ailəmə məxsusdur - Orxan Gəncəbay

Yaşananlar məni çox üzdü. Kaş ailələr arasında belə problemlər yaşanmayaydı. Vəsiyyətimi hələ hazırlamamışam, amma bəlkə gələcəkdə hazırlayaram.

Bakıvaxtı.az xəbər verir ki, bunu türkiyəli məşhur müğənni Orxan Gəncəbay mirası və vəsiyyəti barədə danışarkən deyib.

“Mənim çox gözəl ailəm var. Bütün var-dövlətim onlara məxsusdur. Ailəm üçün canımı verərəm. Şükürlər olsun ki, hər kəsə çatacaq qədər maddi və mənəvi imkanımız var.

Həyatımın filmə çəkilməsini istəmirəm. Çünki hadisələr yanlış və təhrif olunmuş şəkildə təqdim edilə, haqqımda fərqli fikirlər formalaşa bilər”, – deyə sənətçi bildirib.

Son vaxtlar məşhurların vəfatından sonra miras üstündə yaranan mübahisələrə münasibət bildirən Gəncəbay bu cür hadisələrin onu kədərləndirdiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026