• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bolqarıstan sahillərində yük gəmisi batdı: 4 həmyerlimiz xilas edildi - YENİLƏNİB

DÜNYA

16 Noyabr 2026 | 16:42 | Müəllif: Əli Hüseynov

Bolqarıstan sahillərində yük gəmisi batdı: 4 həmyerlimiz xilas edildi - YENİLƏNİB

Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

    Bildirilib ki, xilas edilənlərdən 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır.

    İlkin ehtimala görə, gəminin batmasına partlayış səbəb ola bilər.

    ***

    14:31

    Qara dənizdə Bolqarıstanın iqtisadi zonasına daxil olan ərazidə Somali bayrağı altında üzən yük gəmisi batır.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ Bolqarıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

      Bildirilib ki, bu gün Bolqarıstan 12 nəfərlik heyəti olan gəmidən kömək siqnalı alıb. Gəmi Rumıniyadan Misirə üç ton həcmində buğda daşıyırmış.

      Hadisə yerinə Bolqarıstana məxsus iki, həmçinin Rumıniya və Türkiyəyə məxsus bir gəmi göndərilib. Gəmi heyətinin olduğu yer barədə hələlik məlumat yoxdur.

      Gəminin batmasının səbəbi dəqiqləşdirilir.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      21 Noyabr 2026