• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İSF-nin xərcləri 319 milyon 200 min manata çatacaq

İQTİSADİYYAT

17 Noyabr 2026 | 16:10 | Müəllif: Əli Hüseynov

İSF-nin xərcləri 319 milyon 200 min manata çatacaq

Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində proqnozlaşdırılır.

    Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

    - işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;

    - işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026