• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rubio İranın Bəhreynə hücumlarını pislədi

SİYASƏT

17 Noyabr 2026 | 16:04 | Müəllif: Gülşən Şərif

Rubio İranın Bəhreynə hücumlarını pislədi

ABŞ Dövlət katibi Marko Rubio Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə telefonla danışıb.

Bakivaxti.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ ilə Bəhreyn arasındakı strateji tərəfdaşlığı təsdiqləyiblər.

Rubio həmçinin ABŞ-nin Bəhreynin və Körfəz ölkələrinin təhlükəsizliyinə sadiq qaldığını açıqlayıb.

Qeyd edək ki, noyabrın 15-də və 17-də də Bəhreynə dron hücumları olub. Bəhreyn hücumların qarşısının alındığını açıqlayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026