• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

İQTİSADİYYAT

17 Noyabr 2026 | 16:14 | Müəllif: Əli Hüseynov

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

    Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub.

    Layihəyə əsasən, 2027-ci ildə yaşayış minimumu ölkə üzrə 314 manat olacaq. Beləliklə, ehtiyac meyarı 14 manat, başqa sözlə 4,6 faiz artırılacaq.

    Gələn il yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində olacaq.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026