Tütün məmulatlarının bir sıra növlərinin idxalı üzrə gömrük tariflərinə dəyişiklik ediləcəyi gözlənilir. Belə ki, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu ilin sonunadək 15 faizlik tarif tətbiq olunacaq, lakin rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmayacaq.
Dəyişiklik tərkibində tütün olan siqarları, ucları kəsilmiş siqarları, siqarillaları və siqaretləri, eləcə də tütün əvəzedicilərindən hazırlanan bu məhsulların müəyyən növlərini əhatə edir.
Bu dəyişiklik siqaretlərin bahalaşmasına səbəb olacaqmı? Artım nə qədər ola bilər?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqma verən iqtisadçı Xalid Kərimli bildirib ki, idxal rüsumu tətbiq olunarsa, bahalaşma qaçılmazdır.
Onun sözlərinə görə, idxal rüsumu tətbiq olunursa, bahalaşacaq. Bahalaşmada da ən azı 15% olacaq. Müsahibimiz bildirib ki, əgər 15% tətbiq edəcəklərsə, qiymətlər də ən azı 15% artacaq: “Çünki tütün məmulatları kimi məhsullar tamamilə idxal olunduğu üçün idxalçılar 15%-lik rüsumu birbaşa məhsulun üzərinə əlavə edərək gətirəcək və həmin artımı da son istehlakçıdan alacaqlar".
Xalid Kərimlinin sözlərinə görə, xüsusilə tamamilə idxaldan asılı olan məhsullarda qiymət artımı dərhal hiss olunur.

Xalid Kərimli: Tamamilə idxaldan asılı olan məhsullarda qiymət artımı dərhal hiss olunur
İqtisadçı bildirib ki, idxal rüsumu tətbiq olunarsa, bahalaşma qaçılmazdır:
"İdxal rüsumu tətbiq olunursa, bahalaşacaq. Bahalaşmada da ən azı 15% olacaq. Əgər 15% tətbiq edəcəklərsə, qiymətlər də ən azı 15% artacaq. Çünki tütün məmulatları kimi məhsullar tamamilə idxal olunduğu üçün idxalçılar 15%-lik rüsumu birbaşa məhsulun üzərinə əlavə edərək gətirəcək və həmin artımı da son istehlakçıdan alacaqlar".
Xalid Kərimlinin sözlərinə görə, xüsusilə tamamilə idxaldan asılı olan məhsullarda qiymət artımı dərhal hiss olunur.
Gülşən Şərif
















