• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Yaxın Şərqə 20-dən çox hərbi gəmi göndərib

DÜNYA

17 Noyabr 2026 | 16:09 | Müəllif: Gülşən Şərif

ABŞ Yaxın Şərqə 20-dən çox hərbi gəmi göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri İran yaxınlığında, Yaxın Şərqdə 20-dən çox hərbi gəmi yerləşdirib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.

Məlumata görə, bölgəyə üçüncü aviadaşıyıcı zərbə qrupu da göndərilib.

Hazırda Ərəb dənizində üç təyyarədaşıyan gəmi "Corc Vaşinqton", "Corc Buş" və "Teodor Ruzvelt" var. Bununla yanaşı, bir kreyser, 13 raket esminesi, bir kəşfiyyat gəmisi və ekspedisiya dəniz bazası da bölgədədir.

ABŞ-nin daha iki esminesi Qırmızı dənizdə, üç amfibiya gəmisi Hind okeanında, dörd esmines isə Şərqi Aralıq dənizindədir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026