• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qırmızı Bazarda minaya düşən şəxs əməliyyat edilib - YENİLƏNİB

HADİSƏ

11 Noyabr 2026 | 16:56 | Müəllif: Əli Hüseynov

Qırmızı Bazarda minaya düşən şəxs əməliyyat edilib - YENİLƏNİB

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1984-cü il təvəllüdlü (kişi) 11 noyabr tarixində saat 12:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

    "Ona sol saidin aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sol said sümüklərinin yerdəyişmiş sınığı, sol baldır sümüklərinin aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol aşağı ətraf oynağının çıxığı, eləcə də bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin olunub.

    Pasiyentə zəruri tibbi müdaxilələr göstərilib və cərrahi əməliyyata alınıb", məlumatda deyilir.

    ***

    16:12

    Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Bakıvaxtı.az-ın məlumatına görə, o, hazırda əməliyyata götrülüb.

    Faktla bağlı araşdırma aparılır

    ***

    14:41

    İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baș verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

      Məlumata görə, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.

      Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

      ***

      13:02

      İşğaldan azad edilmiş ərazidə mina partlayışı baş verib.

      Bakıvaxtı.az-ın Yenisabah.az-a istinadən məlumatına görə, hadisə bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində qeydə alınıb.

      Belə ki, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu çöllük ərazidə traktorla hərəkət edərkən minaya düşüb.

      Partlayış nəticəsində o, ağır xəsarətlər alıb. İlkin məlumata əsasən, zərərçəkənin bir qolu və bir ayağı ciddi zədələnib.

      Hadisə ilə bağlı əlavə məlumat verilməyib.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR