• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bir gecədə milyonlar qazanacaqlar 

ŞOU

11 Noyabr 2026 | 17:21 | Müəllif: Əli Hüseynov

Bir gecədə milyonlar qazanacaqlar

Yeni ilə sayılı günlər qaldığı bir vaxtda məşhurların 31 dekabr gecəsi üçün konsert proqramları və səhnə qonorarları gündəmə gəlib. Bir gecəlik çıxışları müqabilində milyonlarla lirə qazanacağı iddia edilən sənətçilərin siyahısı diqqət çəkib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeni il gecəsi Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) müxtəlif hotellərdə səhnəyə çıxacaq Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgülün iki saatlıq konsert müqabilində hər birinin 25 milyon lirə alacağı iddia olunur. Bildirilir ki, bu məbləğdə hər mahnının payına təxminən 1 milyon lirə düşür.

Mətbuatda yayılan məlumata əsasən, məşhurların Yeni il gecəsi üçün nəzərdə tutulan qonorarları və çıxış edəcəkləri məkanlar belədir:

Ebru Gündeş – 25 milyon TL (Şimali Kipr)

Kenan Doğulu – 25 milyon TL (Şimali Kipr)

Mahsun Kırmızıgül – 25 milyon TL (Şimali Kipr)

Hadise – 22 milyon 600 min TL (Şimali Kipr)

Yıldız Tilbe – 22 milyon 600 min TL (Şimali Kipr)

Edis – 20 milyon TL (İstanbul)

Hande Yener – 20 milyon TL (Şimali Kipr)

Gülşen – 20 milyon TL (Şimali Kipr)

Bülent Ersoy – 15 milyon TL (Batum)

Özcan Deniz – 15 milyon TL (Şimali Kipr)

Sibel Can – 15 milyon TL (Şimali Kipr)

Funda Arar – 12 milyon 500 min TL (İstanbul)

Sıla Gençoğlu – 12 milyon 500 min TL (Antalya)

Candan Erçetin – 12 milyon 500 min TL (Kıbrıs)

Melek Mosso – 10 milyon TL (Kıbrıs)

Hakan Altun – 10 milyon TL (Afyonkarahisar)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR