• Bakı 8° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

iPhone istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ

CƏMİYYƏT

11 Noyabr 2026 | 14:56 | Müəllif: Günəş Mərd

iPhone istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ

iPhone istifadəçilərinə telefonlarının proqram təminatını yeniləmək tövsiyə olunur. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “01net” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın əvvəlində “Apple” iPhone 11 və daha yeni modellər üçün iOS 27.2.1 versiyasını istifadəyə verib. Şirkətin təhlükəsizlik bülletenində sistemdə doqquz boşluğun aradan qaldırıldığı bildirilib.

Məlumata görə, yeniləmənin təcili quraşdırılmasının əsas səbəblərindən biri “iMessage” qrup söhbətlərində aşkarlanan iki təhlükəsizlik problemi olub. Birinci boşluq kənar şəxsin qrupa qoşularaq mesajları qəbul etməsinə imkan yarada bilərdi. İkinci boşluq isə yeni üzvün qrupa əlavə edilməzdən əvvəl göndərilmiş mesajlara çıxış əldə etməsi ilə bağlı idi.

Digər düzəlişlər “Bluetooth” və “AirPlay” sistemlərindəki problemləri əhatə edib. Belə ki, aşkarlanan boşluqlar cihaz sahibinin razılığı olmadan iPhone-a qoşulmağa və ya cütləşmə zamanı təhlükəsizlik kodunun daxil edilməsi ilə bağlı cəhd sayına qoyulan məhdudiyyəti keçməyə imkan verə bilərdi. Bu cür hücumların həyata keçirilməsi üçün təcavüzkarın telefonun yaxınlığında və ya eyni Wi-Fi şəbəkəsində olması tələb olunurdu.

Yeniləmə, həmçinin bəzi tətbiqlərin həssas məlumatlara çıxış əldə etməsinə şərait yarada biləcək xətaları da aradan qaldırıb. “01net” nəşrinin məlumatına görə, sözügedən boşluqların real hücumlarda istifadə edildiyinə dair hələlik məlumat yoxdur.

Bundan əlavə, “Apple” iOS 26 əməliyyat sistemində qalan iPhone modelləri üçün 26.7.3, iPhone XS, XS Max və XR modelləri üçün isə iOS 18.7.12 versiyasını təqdim edib.

İstifadəçilər yeniləmələrin mövcudluğunu telefonlarının “Parametrlər” bölməsində “Ümumi” və daha sonra “Proqram təminatı yeniləməsi” seçiminə daxil olaraq yoxlaya bilərlər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026