• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna klubu "Qarabağ"ın futbolçusunu izləyir

İDMAN

11 Noyabr 2026 | 12:02 | Müəllif: Əli Hüseynov

Ukrayna klubu "Qarabağ"ın futbolçusunu izləyir

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna klubunun maraq dairəsindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas "BurBuzz" "YouTube" kanalında məlumat verib.

Jitomirin "Polesye" klubu 26 yaşlı vingeri heyətinə qatmaq istəyir. Məlumata görə, klub Kaşuku uzun müddətdir izləyir. "Polesye" ötən yay da futbolçunun transferini nəzərdən keçirib. Lakin sonradan sağ cinah mövqeyini "Qarabağ"dan transfer etdiyi Leandro Andrade ilə gücləndirib.

Burbas bildirib ki, "Polesye"nin baş məşqçisi Ruslan Rotan Kaşukun imkanlarına yaxşı bələddir. Onlar əvvəllər Ukraynanın gənclər və olimpiya yığmalarında birlikdə çalışıblar. Buna görə də mütəxəssis futbolçunu komandasında görməyə qarşı deyil.

Qeyd edək ki, Aleksey Kaşukun "Qarabağ"la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Kaşuk bu mövsüm "Qarabağ"ın heyətində 18 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026