• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

    DÜNYA

    11 Noyabr 2026 | 09:54 | Müəllif: Əli Hüseynov

    Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

    Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Sonnam şəhərində nəqliyyatın hərəkətinin intensiv olduğu səhər vaxtı sərnişin avtobusu işıqforda dayanan 32 nəqliyyat vasitəsinə çırpılıb.

    Bakıvaxtı.az Yonhap agentliyinə istinadla xəbər verir ki, avtobusun sürücüsü idarəetməni itirərək əvvəlcə yol kənarındakı baryerə, sonra isə qırmızı işığa görə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb. Zərər görən nəqliyyat vasitələri arasında digər 4 digər avtobus, yük maşını və 27 fərdi avtomobil olub. Qəza nəticəsində 57 nəfər bədən xəsarəti alıb. Onlardan 9 nəfərinin zədəsi ciddidir.

    Yanğınsöndürmə xidməti hadisə yerinə 88 əməkdaş və 33 nəqliyyat vasitəsi göndərib. Qəza yaşayış kompleksinin yaxınlığındakı yol qovşağında ciddi tıxaca səbəb olub.

    Xəstəxanaya yerləşdirilən avtobus sürücüsünün polisə verdiyi ilkin ifadəsində qəzanın avtobusun əyləc sistemindəki nasazlıqdan qaynaqlandığını bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR