• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəhid qardaşı mayor oldu

SİYASƏT

11 Noyabr 2026 | 10:00 | Müəllif: Əli Hüseynov

Şəhid qardaşı mayor oldu

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elvin Şükürlünün qardaşı Elnur Şükürlü mayor hərbi rütbəsinə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Elnur Şükürlü Azərbaycan Ordusunda hərbi xidmətini davam etdirir. O, Vətən müharibəsində qardaşı Elvinlə birlikdə döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Elvin Şükürlü 1997-ci il iyunun 14-də anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildə leytenant rütbəsi ilə məzun olaraq hərbi xidmətə başlayıb.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elvin Şükürlü Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub. Uzun müddət itkin hesab edilən hərbçinin nəşi 2021-ci il yanvarın 22-də Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb.

Şəhid Elvin Şükürlü ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və digər medallarla təltif edilib.

Mahir AXUND


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026