• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bolqarıstanda matəm ELAN EDİLDİ - VİDEO

DÜNYA

10 Noyabr 2026 | 18:13 | Müəllif: Subhan Mahmudov

Bolqarıstanda matəm ELAN EDİLDİ - VİDEO

Bolqarıstanda milli matəm elan edilib.

Bakıvaxtı.az əbər verir ki, buna səbəb “Trakiya” avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır.

Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü elan olunacaq.

İlkin məlumatlara görə, hadisə Yambol vilayəti yaxınlığında baş verib. Sıx duman və görmə məsafəsinin kəskin azalması nəticəsində 80-dən çox avtomobilin iştirakı ilə iki ayrı zəncirvari qəza qeydə alınıb.

Son məlumata əsasən, qəzalarda 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026