• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada avtomobil aşıb: ölən və yaralılar var - YENİLƏNİB

HADİSƏ

10 Noyabr 2026 | 09:46 | Müəllif: Subhan Mahmudov

Qubada avtomobil aşıb: ölən və yaralılar var - YENİLƏNİB

Qubada qəzada ölən və yaralanan şəxslərin kimliyi bilinib.

Bakıvaxtı.az-ın məlumatına görə, Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi "Lada-Niva" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

***08:56

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır./Report

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026