• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Möhsün Rzayi Vens asında görüş olmayacaq - Əraqçi

DÜNYA

10 Noyabr 2026 | 13:27 | Müəllif: Subhan Mahmudov

Möhsün Rzayi Vens asında görüş olmayacaq - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə ABŞ vitse-prezidenti arasında görüş keçiriləcəyi barədə məlumatları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, Əraqçi bu barədə IRNA agentliyinə açıqlamasında bildirib.

“Bu ehtimallar və mediada yayılan məlumatlar tamamilə əsassızdır. Belə bir görüş planlaşdırılmır”, – nazir deyib.

Bundan əvvəl mediada ABŞ vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərin paytaxtı Dohada görüşəcəyi iddia olunmuşdu.

Həmin məlumatlarda mümkün görüşün ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı müharibəyə son qoymaq üçün diplomatik səylər çərçivəsində keçiriləcəyi bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026