• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İzmirdə partlayış: 16 nəfər öldü - YENİLƏNİB

DÜNYA

10 Noyabr 2026 | 00:05 | Müəllif: Zeynəb Rzayeva

İzmirdə partlayış: 16 nəfər öldü - YENİLƏNİB

Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu "X" sosial şəbəkə hesabında məlumat verib.

Nazir ağır xəsarət alan daha bir nəfərin vəfat etdiyini bildirib.

 

***09 noyabr, 20:43

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı açıqlama verib.

Bu barədə Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir.

O bildirib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 2-si ağır olmaqla 13 nəfər yaralanıb.

Ərdoğan həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezidentin sözlərinə görə, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin məsuliyyət daşıdığı müəyyən ediləcək.

O, həmçinin hadisədən dərhal sonra energetika və daxili işlər nazirlərinin tapşırığı əsasında hadisə yerinə göndərildiyini bildirib.

 

***19:32

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin 10-a çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

    Partlayış nətivəsində 15 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qaldığı ehtimal edilən 4 nəfərin axtarışları aparılır.

    ***

    14:35


    İzmirdə fabrikdə güclü partlayış baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

    Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

    Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

    İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR