• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şuşada bayram konserti və atəşfəşanlıq oldu

CƏMİYYƏT

10 Noyabr 2026 | 00:54 | Müəllif: Subhan Mahmudov

Şuşada bayram konserti və atəşfəşanlıq oldu

Şuşada 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Gününə həsr olunmuş geniş konsert proqramı təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Qarabağ Universitetinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin təqdim etdiyi vətənpərvərlik ruhlu konsert proqramı Şuşa şəhər sakinlərinin bayram sevincini daha da artırıb.

Konsert proqramından sonra Şuşa səmasında atəşfəşanlıq olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR