• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

    DÜNYA

    11 Noyabr 2026 | 15:22 | Müəllif: Əli Hüseynov

    İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

    İspaniyada davam edən ümumi tətil səbəbindən ölkənin hava limanlarında 200-dən çox aviareys ləğv edilib.

    Bakıvaxtı.az xəbər verir ki, Krallığın hava limanı operatoru “Aena” şirkətinin məlumatına görə, “həm uçuş, həm də gəliş üçün 202 aviareys ləğv edilib”.

    İspaniyada 24 saatlıq ümumi tətil noyabrın 11-də başlayıb. Tətil bu ilin oktyabr ayında ölkə daxilində mənzil böhranı ilə bağlı müxtəlif etirazlar fonunda elan edilib. Tələblər arasında əlverişli mənzil və layiqli əməkhaqqı da var.

    Həmkarlar ittifaqlarının məlumatına görə, polis bəzi hallarda mitinqlər zamanı etirazçılara qarşı güc tətbiq edib. “El Pais” qəzeti yazır ki, təxminən 10 nəfər saxlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026