Tehran ayda təxminən 50 raket istehsal etmək gücündədir.
Buakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, İranın əlində 1700-dən çox ballistik raket qalır.
Nəşr qeyd edir ki, silahların bir hissəsi ABŞ və İsrail tərəfindən məhv edilsə də, İranın cavab zərbəsi endirmək üçün kifayət qədər vasitəsi var.
Agentliyin yazdığına görə, İranın ballistik raket və "Şahid" dronlarının dəqiq ehtiyatını hesablamaq çətindir. Çünki müharibədən əvvəlki sursatın həcmi və məhv edilən raketlərin nə qədərinin bərpa olunduğu məlum deyil.
Bloomberg-in hesablamalarına görə, 28 fevraldan bəri İran ordusu ən azı 2 200 ballistik raket və 4 900-dən çox dron istifadə edib. Bu müddətdə ABŞ isə "Patriot" hava hücumundan müdafiə sistemi üçün yalnız 1000 ədəd PAC-3 tutucu raketindən istifadə edib.
Gülşən Şərif
















