• Bakı 8° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan COP31-də dünyaya çağırış etdi

DÜNYA

11 Noyabr 2026 | 15:00 | Müəllif: Günəş Mərd

Ərdoğan COP31-də dünyaya çağırış etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Zirvəsində çıxış edərək iqlim dəyişikliyi ilə mübarizə, yaşıl inkişaf və ətraf mühitin qorunması istiqamətində ölkəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) Liderlər Zirvəsi Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Ərdoğan çıxışında Antalyanın Aralıq dənizinin incisi olduğunu vurğulayaraq tədbir iştirakçılarını salamlayıb və zirvədə qəbul ediləcək qərarların faydalı olacağına ümid etdiyini bildirib.

O qeyd edib ki, Türkiyə COP31 Liderlər Zirvəsinə ilk dəfə ev sahibliyi etməkdən qürur duyur və konfransın mümkün qədər məhsuldar keçirilməsi üçün böyük səylər göstərib.

Prezidentin sözlərinə görə, bu konfrans iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi ola bilər.

Ərdoğan çıxışında 31 il əvvəl Berlində keçirilən ilk COP görüşündən bu yana uzun yol qət edildiyini xatırladıb:

“Ya çətinliklərdən şikayət edəcəyik, ya da ümidə qapılaraq hərəkətə keçəcəyik. Qaranlığı yumruqlamaq əvəzinə şam yandırmağı seçdik”.

Türkiyə Prezidentinin sözlərinə görə, Antalyanın tarixi və sivilizasiya irsi təbiətə hörmət prinsipinin əhəmiyyətini göstərir. O, Yer kürəsini qorunmalı olan müqəddəs əmanət adlandırıb.

Ərdoğan bildirib ki, Türkiyə iqlim dəyişikliyinə qarşı mübarizədə üzərinə düşən məsuliyyəti yerinə yetirir və problemin deyil, həll yolunun bir hissəsi olmağa çalışır.

O, ölkənin yaşıl inkişaf istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirdiyini, dekarbonizasiya məqsədilə bütün sektorların yenidən qurulduğunu və təmiz nəqliyyatın genişləndirildiyini vurğulayıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026