• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Aparıcı Ağ Evin mətbuat katibi ola bilər - KİV

DÜNYA

11 Noyabr 2026 | 11:11 | Müəllif: Əli Hüseynov

Aparıcı Ağ Evin mətbuat katibi ola bilər - KİV

ABŞ Prezidentİ Donald Tramp Ağ Evə yeni mətbuat katibi axtarır və televiziya aparıcısı Ben Ferqyuson açıq-aydın favoritdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  "Fox News" məlumatlı mənbələrə istinadən yazıb. 

"Onun adı prezidentlə bir çox insan arasında söhbətlərdə çəkilib. Və çoxları ona bunun yaxşı fikir olduğunu deyib", - kanal qeyd edib.

Başqa bir mənbəyə görə, Tramp növbəti mətbuat katibi vəzifəsinə Ferqyusonla yanaşı bir neçə namizədi də nəzərdən keçirir. 

Nəzərdən keçirilən digər namizədlər arasında CNN müxbiri Skott Cenninqs, Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq, Breitbart-ın baş direktoru Metyu Boyl və Corc Buş administrasiyası dövründə Ağ Evin mətbuat katibi vəzifəsində çalışmış Ari Fleyşer də var.

Mətbuat katibi vəzifəsi bir neçə aydır ki, boşdur. Karolin Levitt avqust ayında ailəsi ilə daha çox vaxt keçirmək istəyini əsas gətirərək istefa verib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026