Bu ilin yanvar-oktyabr aylarında 123 131 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bakıvaxtı.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 53,7 %-ni kişilər, 46,3 %-ni isə qadınlar təşkil edib.















