• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər”

ŞOU

10 Noyabr 2026 | 21:43 | Müəllif: Əli Hüseynov

“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər”

“Bazara gedəndə elə bil meyvə-tərəvəz almağa yox, ev almağa gedirsən. Hər dəfə satıcı qiyməti deyəndə adam artıq düşünür ki, maaşının hansı hissəsi ilə vidalaşmağa məcburdur. Bəzən elə qiymətlər olur ki, elə bil pomidoru, xiyarı Marsda yetişdirib bura gətirirlər. Xiyardır da...”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. O, alıcıların bazarda qiymətləri eşitdikdən sonra dərindən ah çəkdiklərini bildirib:

“Son vaxtlar bazarda alıcıların 90 faizi qiyməti eşidəndən sonra dərindən ah çəkir. Ondan sonra qərar verirlər ki, alsınlar, ya yox. Bazar dərindən ah çəkilən yerlərdən biridir.

Fermerin də, alıcının da öz həqiqəti var. Amma məsələ burasındadır ki, ən çox qazanan nə alıcıdır, nə də fermer. Ən çox qazanan ortada olanlardır. Göyərtinin dəstəsini 1 qəpiyə alıb, sonra bizə 20-30 qəpiyə satanlardır. Hələ mən göyərtinin dəstəsindən danışıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026