• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelenski Danimarkaya səfər edəcək

DÜNYA

10 Noyabr 2026 | 13:55 | Müəllif: Subhan Mahmudov

Zelenski Danimarkaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 10-da Danimarkaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ukraynaya hərbi dəstək və Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Görüşdə Şimali Avropa ölkələrinin dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.

Danışıqların əsas mövzularından biri Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı və ölkənin enerji sektorunun qorunması olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026