• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

DÜNYA

09 Noyabr 2026 | 19:27 | Müəllif: Zeynəb Rzayeva

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb.

Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir.

Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mili məsafədə yerləşən ərazidən 18 nəfəri təxliyə edə biliblər.

Bundan əlavə, sahil mühafizəsi əməkdaşları Krit sahillərində paralel olaraq həyata keçirilən daha iki əməliyyat zamanı onlarla miqrantı xilas ediblər. Sağ qalanların hamısı tibbi və humanitar yardım göstərilməsi üçün sahilə çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026