• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”

DÜNYA

09 Noyabr 2026 | 22:42 | Müəllif: Subhan Mahmudov

“İsrail ABŞ-ni sonsuz müharibə bataqlığına çəkir”

“İsrail ABŞ-ni İranla sonsuz müharibə bataqlığına çəkir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” heesabında yazıb.

Qalibaf Vaşinqton administrasiyasını “Israel-First” siyasətindən imtina etməyə çağırıb.

“İsrail administrasiyası ABŞ-ni İranla sonsuz hərbi münaqişəyə sürükləmək üçün intensiv səylər göstərir. Bu ehtimal olunan müharibə istər Respublikaçı, istərsə də Demokrat olsun, heç bir ABŞ prezidentinin qaça bilməyəcəyi bir bataqlığa çevriləcək. Vaşinqton “Israel-First” yanaşmasından əl çəkməzsə, ABŞ və onun müttəfiqləri qaranlıq bir dövrə qədəm qoyacaqlar”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026