• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İran İbrahim Kalının bəyanatını təkzib etdi

DÜNYA

09 Noyabr 2026 | 21:03 | Müəllif: Subhan Mahmudov

İran İbrahim Kalının bəyanatını təkzib etdi

İranın təhlükəsizlik strukturlarındakı yüksək səviyyəli mənbə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının ABŞ-nin vitse-prezidenti C.D. Vens ilə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi arasında Dohada keçirilməsi planlaşdırıldığı iddia edilən görüş barədə bəyanatını təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, mənbə vurğulayıb ki, İranın danışıqlar prosesi ilə bağlı dövlət siyasəti və proqramlarında heç bir dəyişiklik baş verməyib.

Onun sözlərinə görə, Amerika tərəfi Tehranın müəyyən etdiyi şərtlər çərçivəsində konkret praktiki addımlar atmayana qədər, ABŞ nümayəndələri ilə danışıqların aparılmasına dair hər hansı plan gündəlikdən tamamilə çıxarılıb.

Türkiyə kəşfiyyatının rəhbəri Vens və Rzayinin Qətərdə görüşəcəyini elan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR