Ağdaş şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, 17 yaşlı E.Allahverdiyev aralarında yaranmış mübahisə zəminində 36 yaşlı Davud Muxtarova bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
















